Background
Shape 7
Shape 7 copy 2
Bizimlə əlaqə
Layer 22
Logo

Evolis Securion - PLASTİK KART PRİNTER

 

Laminasiya və Kodlaşdırma : Etibarlı və Qorunan Kartlar

Evolis Securion printeri laminasiya və holoqram imkanl ilə xüsusi ehtiyaclar üçün dizayn edilmişdir. Etibarlılıq və kartlar üzərinə çapla birlikdə laminasiya ehtiyacı yaranarsa Evolis Securion ən yüksək səviyyədə bu işin öhdəsindən gələ bilir.

Geniş Kodlaşdırma İmkanları 

Evolis Securion maqnit, smart kart və təmassız kartların kodlaşdırılması və bunların hər üçünün müxtəlif kombinasiyalarda kodlaşdırmasını təmin edən printerdir.  

Çap Keyfiyyəti, Yüksək Performans

Securion iki tərəfli çapla imkanı və 300 dpi çap keyfiyyətini təmin edir. Professional həllər üçün uyöun seçimdir. (sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, pensiya kartları, bank kartları və.s).

Evolis Securion 120 ((YMCK) ədəd bir üzlü və 105 ((YMCK-K) ədəd iki üzlü kart çap sürətinə malikdir.

Kart Başına Aşağı Xərc 

Securionnun texnologiyası özünəməxsusdur. PVC kartlar yüksək keyfiyyətli və dayanıqlı şəkildə birbaşa laminasiya olunmuş halda çap olunur. Bu da  Securion modelində aşağı xərc və az əməklə əldə olunmaq kimi unikal həll kimi istifadəçiyə ciddi şəkildə kömək edir.  

Asan İstifadə

Securion modeli istifadə və servis zamanı bütün modulara  asan müdaxilə etməyə imkan verir. Bu kartların yüklənməsi, kart qalınlığının təyini, ribbon dəyişmək, laminasiya rulonunun yerləşdirilməsi və pritnerin təmizlənməsidir.

USB və Şəbəkə İnterfeysi

Securion modelində standart olaraq USB və şəbəkə interfeysləri olur. Printer qoşulan kimi iş rejiminə hazır olur.


LCD Ekran

İki sətrli LCD ekran printerin və laminasıya hissəsinin  o andakı vəziyyətini göstərir. Menyu printerin xüsusiyyətlərinə və servislə bağlı əməliyyatları eləməyə imkan verir.

 

Evolis Securion
Evolis Securion

Yükləmələr