Background
Shape 7
Shape 7 copy 2
Bizimlə əlaqə
Layer 22
Logo
Videojet 1610 DH

Videojet 1610 DH - INKJET SƏNAYE PRİNTERİ

Yüksək sürətli xətlərdə Videojet 1620 DH performansı

Videojet Technologies Inc. tərəfindən istehsal olunan Videojet 1610 Dual Head kiçik simvollu İNKJET printeri servisə ehtiyac olmadan maksimum işləmək üçün kodlama işində yüksək standart gətirən printerin birincisidir. Videojet 1610 DH printeri, Videojet 1000 seriyasının 4-cü modeli olub dəqiqədə 293 metrə qədər sürətdə 5 sətrə qədər yüksək rüsxətli yazı yazmaq imkanına sahibdir. Videojet 1610 DH daha çox işləmə imkanı yaradan yeni başlıq dizaynına sahibdir. Başlığın uc tərəfinin dəlikli olması və içəridən çölə doğru davamlı hava axınının olması başlığın kirlənmədən daha çox işləməsini təmin edir. Bundan başqa Videojet 1610 DH modeli solvent buxarını yenidən maye solventə çevirən sistemə sahibdir və bununla solvent sərfiyatını önəmli ölçüdə azaltmağa imkan verir. Həftədə 7 gün, gündə 24 saat işləyən müəssisələr üçün dizayn edilmişdir. Videojet 1610 DH modeli, qida, içki, kimyəvi məhsul, kosmetika, PVC, metal materiallar və.s sahələrdə yüksək sürətli xətlər istifadə üçün idealdır.

Sadə interfeys

Yazı ilə bağlı dəy işiklikləri avadanlıq işləyən halda etməyə və mesajların ehtiyat üçün saxlanmasına imkan verən USB portu sayəsində Videojet 1610 DH öz yenilikçi xüsusiyətini daha da artırır. Connector proqramı ilə işləyən Ethernet interfeysi sayəsində uzaqdan mesaj yazma və dəyişdirməyə imkan yaradır.

Daha az maliyyət, daha az servis

Videojet 1610 DH hər hansı servisə ehtiyac duymadan 12000 saat (yəni həftədə 7 gün, gündə 24 saat işləyən bir müəssisədə bu 3 il deməkdir!) işləyə bilər. Tez-tez filtr dəyişmək ehtiyacı yoxdur. Solvent buxarının yenidən maye solventə çevirilməsi printeri əvəzedilməz edir.

Daha keyfiyyətli yazı

1000 seriyası bu sahədə ən keyfiyyətli yazını yazır. Yüksək yazı keyfiyyəti ilə hər mürəkkəb damlasının tam zamanında və tam yerinə düşəcəyinə yeni 1000 seriyası zəmanət verir. Dinamik kalibrasiya xüsusiyyəti isə dəyiçən ətraf mühitə rəğmən yazı keyfiyyətini sabit saxlayır.

Videojet 1610 DH
Videojet 1610 DH
Videojet 1610 DH

Yükləmələr