Background
Shape 7
Shape 7 copy 2
Bizimlə əlaqə
Layer 22
Logo

Mürəkkəb və Solvent - INKJET SƏNAYE PRİNTERİ

Videojet markalı İNKJET sənaye printerlərində orijinal mürəkkəb və solventin istifadəsi zəruridir. Mürəkkəbin tərkibindəki xüsusi maddələr olan teflon, dəmir, müxtəlif duzlar çox fərqli nisbətlərdə qarışdırılaraq xüsusi mürəkkəb alınmışdır. Bunun sayəsində avadanlıq mürəkkəbə iş zamanı müəyyən olunmuş miqdarda gərginlik yükləyərək yazının əmələ gəlməsinə şərait yaradır.

Orijinal olmayan mürəkkəb və solventlərdə bu tərkib düzgün olmur, tərkibdə olması gərəkli bəzi bahalı maddələr çıxarılaraq daha ucuz mürəkkəb və solvent əldə edilir. Bu da maşının düzgün işləməməsinə səbəb olur. Bundan başqa makinada fiziki zərərlər də meydana çıxa bilir. Bu filtrlərin vaxtından əvvəl tutulması və boru və filtrlərin içlərinin aşınmasına səbəb ola bilər.

Bundan başqa orijinal olmayan mürəkkəb və solventlərin tərkibləri düzgün olmadıgı üçün sərfiyyatı da çox olur, dolayısı ilə əslində qənaət elədiyini düşünən istifadəçi nəticə etibari ilə heç də qənaət etmiş olmur, makinasında əlavə problemlərin çıxamasına səbəb olur.

Buna görə də biz Videojet Technologies Azərbaycan distributoru olaraq bütün müşətrilərimizə orijinal sərf maddələri istifadə etmələrini tövsiyyə edirik.