Background
Shape 7
Shape 7 copy 2
Bizimlə əlaqə
Layer 22
Logo

Shape 27 copy 4  Mağaza Satış Sistemi

Logix market məhsullarınız anbarınıza girdiyi andan etibarən satılana qədər bütün hərəkətlərini təqib edə, məhsul əsasında qazanc və ya zərərinizin hesabatını hazırlaya  və rəflərinizdə satış hərəkətliliyi olmayan məhsulları təsbit edə biləcəyiniz bir proqramdır. Bu proqram vasitəsilə siz barkodlu məhsul satış və təqibini həyata keçirərək müştərinin tələblərinə daha sürətli cavab verəcək və anbarınızı nəzarətdə saxlaya biləcəksiniz. Periodik satış dövrlərinin hesabatını çıxara bilmək və bu istiqamətdə strategiyalar hazırlamaq imkanına malikdir. Vahid mərkəzdən idarə olunan sonsuz sayda istifadəçinin sistemə müdaxilə imkanlarının ölçüsünü (məlumatların görülməsi, əlavə edilməsi, dəyişdirilməsi, silinməsi və s.) siz təyin edirsiniz.

Satış nöqtəsinin idarəedilməsi

·        Satışın artım/azalma tempinin təqibi

·        Şöbə, məhsul, tarix və saat əsaslı endirimlər etmək imkanı

·        Satışlarınızı müxtəlif məhsul qruplarına (içki, şirniyyat və s.) görə çeşidlərə ayıra bilər və ətraflı məlumat ala bilərsiniz

·        Miqdara (ağırlıq, ədəd) görə barkodlu satış həyata keçirilməsi

·        Çəki ilə satılan mallar üçün barkodlu tərəzidən istifadə

·        Satış faizini təyin edərək avtomatik satış qiymətinin əmələ gətirilməsi

·        Satış anında müştəriyə aid alış-veriş statistikasını görə bilərsiniz

·        Sensorlu ekrandan istifadə imkanı

·        Detallı fakturanın (çek) müştəriyə dərhal təqdim edilməsi

Kassa əməliyyatları

·        Bir və daha çox kassa təyin edə bilər və kassir əsasında kassa hesabatlarını ala bilərsiniz

·        Gündəlik kassa hesabatının (Z) detallı və ya xülasə şəklində alınması

·        Bank kassası ilə cari kassa arasındakı pul transferlərinin təqibi

·        Həyata keçirilən satış, qaytarılma və ləğv etmə əməliyyatları gün sonu hesabatları ilə ətraflı olaraq təqib edilə bilər

·        Kassa əməliyyatları və digər hesablaşmalar bütün valyuta növləri ilə aparıla bilər

CRM (müştərilərlə əlaqələrin menecmenti)

·        Müştərilərinizə aid məlumatların detallı olaraq təqibi

·        Müştərilərinizin peşə və təhsil səviyyəsi ilə bağlı məlumatları təqib edə bilər, beləliklə müştəri seqmentləşdirilməsi əmələ gətirərək məhsul çeşidliliyinizi buna görə nizamlaya bilərsiniz

·        Alış-veriş statistikası alaraq müştərilərinizin seçimlərinin müəyyən edilməsi

·        Müştəriləri müxtəlif qruplara ayıra bilər, müştərilərin şikayət və təkliflərini təqib edə bilərsiniz

·        Müştərilərə görə qiymət və güzəştlərin təyin edilməsi – endirim kartları

 

Kontragentlərlə işin idarə ediməsi

·        Satınalma sifarişlərinizi iki mərhələli olaraq (sifariş tələb və sifariş təstiq) təqib edə bilər, istənilən valyuta növü ilə hesablaşmalar apara bilərsiniz

·        Məhsul və tədarükçü əsasında satınalma sifarişlərinizin statistikasını ala bilərsiniz

·        Satınalma sifarişlərinizi e-mail vasitəsilə avtomatik olaraq tədarükçülərə göndərə bilərsiniz

·        Qaytarılma və dəyişdirilmə əməliyyatlarının həyata keçirilməsi

·        Tədarükçülərlə hesablaşmaların təqibi

 

Anbar idarəetməsi

·        Məhsul qrupları (yeyinti məhsulları, içkilər, təmizlik vasitələri və s.) müəyyənləşdirə bilər və bu qruplar əsasında statistik məlumatlar ala bilərsiniz

·        Anbarlarla əlaqəli bütün giriş/çıxış sənədlərini nizamlaya bilər, anbarlararası transferləri və sayma əməliyyatlarını həyata keçirə bilərsiniz

·        Anbar və mağaza əsasında mal qalığı təqibinin həyata keçirilməsi imkanı

·        Verilən sifarişlər istiqamətində anbar giriş/çıxış sənədlərinin avtomatik olaraq hazırlanması

·        Bütün  giriş/çıxış sənədlərində barkod oxuyuculu mobil cihazlardan istifadə imkanı

·        Anbar ehtiyyatlarınızın satış vəziyyətinin və satış maliyyətlərinin tək hesabatda analizi imkanı

·        Avtomatik sayma əməliyyatı sayəsində sayma öncəsi və sonrası anbar ehtiyyatlarının vəziyyətini müqayisə edə bilər, ehtiyyat itkilərini təqib edə bilərsiniz