Background
Shape 7
Shape 7 copy 2
Bizimlə əlaqə
Layer 22
Logo

Shape 27 copy 4  Restoran İdarəetmə Sistemi

Logix restoran müəssisənizin avtomatlaşdırılmasını təmin etmək üçün hazırlanmışdır. Sifariş və əlavə sifariş sisteminin sürətləndirilməsini, ofisiantların daha effektli işləmələrini, müştərilərə daha sürətli xidmət göstərilməsini təmin edən bir sistemdir. Müştərilərin sifarişləri əl terminalları və ya sensorlu ekrandan istifadə olunaraq Wi-Fi vasitəsilə mərkəzi sistemə ötürülür. Mərkəzi kompyuter sistemində mətbəx, bar və ya müəyyən olunmuş şöbələr olaraq ayrılan sifariş məlumatları əlaqədar yerlərdəki printerlərdən sifariş şəklində avtomatik olaraq çapdan çıxır. Bundan başqa restorana aid xüsusi yeməklərin şəklini əlavə edə bilərsiniz. Katerinq xidmətlərini təqib etmək və daim nəzarətdə saxlamaq mümkündür.

Sistemin faydaları

·        Sistem sayəsində sizin daim kassada durmaq məcburiyyətiniz ortadan qalxar. Sistem kassaya bütün giriş-çıxışların qeydiyyatını təmin edər.

·        İtkilərin minimuma endirilməsini təmin edər.

·        Kontragentlərlə hesablaşmaları planlamanızı təmin edərək lazımsız xərclərin və vaxt itkisinin qarşısını alar.

·        Kadrlara qənaət edər, iş yerindəki qarışıqlığı aradan qaldırar.

·        Müştərinizin müəssisənizə qarşı etibarını artırar.

Sistemin xüsusiyyətləri:

·        Gündəlik anbardan istifadə olunan məhsullar anbar proqramının bazasından avtomatik olaraq çıxılır.

·        Anbarda olan məhsullara uyğun olaraq gündəlik menyu bazası tərtib olunur.

·        Sifarişlər sürətli və xətasız olaraq toplanır.

·        Toplanan sifarişlər daha tez və qüsursuz şəkildə müştərilərə təqdim olunur.

·        Həyata keçirilən satışlar avtomatik olaraq proqrama ötürülür və menyu bazasından çıxılır.

·        Həyata keçirilən satışlar müştəri hesablarına avtomatik olaraq ötürülür.

·        Touchscreen ekranla rahat istifadə olunur.

·        Əl terminalları və bu kimi digər cihazlara inteqrasiya olunandır.

·        Onlayn bağlantı sayəsində istənilən sayda əl terminalından eyni anda istifadə imkanı.

·        İnternet vasitəsilə sifarişlər qəbul edə bilərsiniz.

Logix restoran sistemi təməl infrastrukturu və qabaqcıl hesabat funksiyaları ilə müəssisələrə bəzi əsas üstünlüklər təklif etməkdədir:

·        Sifariş – mətbəx uyğunluğunun təmin edilməsi ofisiantlarla mətbəx işçiləri arasında baş verə biləcək anlaşmazlığın qarşısını alır. (Hər sifariş üçün tək-tək acılı, az bişmiş, yaxşı qızarmış və s. kimi variantlar daxil edilə bilər)

·        Sifarişlərin mətbəxə anında çatdırılması onların daha sürətli hazırlanmasını təmin edir.

·        Hesab sistem tərəfindən avtomatik olaraq hesablanıb kəsildiyindən qarışıqlıq baş vermir.

·        Şöbəsi olan müəssisələr üçün bütün şöbələrə aid məlumatlara bir nöqtədən nəzarət etmə imkanı.

·        Bütün əməliyyatların asan təqib edilə bilməsi dolğun hesabatların alınması ilə təmin edilir.

·        Ayrı-ayrı mərtəbələri və həyəti olan restoranların hər bir mərtəbəsinin və ya masasının ayrı-ayrılıqda aylıq, həftəlik, gündəlik və ya istənilən tarixlər arasında satış hesabatları hazırlanır ki, bununla da bölmələrin faydalı iş əmsalını görə bilərsiniz.

·        İşçilərinizinlə bağlı əməliyyatları (maaş, avans, mükafat, kuryer təqibləri və s.) həyata keçirə bilər və işçilərinizin iş məhsuldarlığını analiz edə bilərsiniz.

·        Bütün xərclərinizin (kommunal və s.) hesabatını aparmaq imkanı.

·        Hesablaşmalarınızı istənilən valyuta növü ilə aparılması.

·        İstədiyiniz yerdən internet vasitəsilə sistemə daxil ola bilmə və nəzarət etmə imkanı.

Yükləmələr