Sənaye printerləri

Azərbaycanda 2002-ci ildən Videojet markasının texniki xidmət işini firmamız yerinə yetirir. Keçən illər ərzində əldə olunmuş təcrübə ilə müştərilərimizin bu sahədə rahatlığını tam şəkildə təmin edə bilirik. Avadanlıqlarla bağlı ehtiyat hissələr hər zaman stokda olduğu üçün problemlərin aradan qaldırılması daha da asan və sürətli olur. Əgər servisə gələn avadanlıq bir neçə gün qalacaqsa onda müştəriyə onun yerinə müvəqqəti avadanlıq verilir və işinin yarımçıq qalmasının qarşısı alınır. Xidmət öncə telefon dəstəyi, sonra müştərinin istehsal sahəsində, problem boyük olduğunda isə servis mərkəzimizdə aradan qaldırılmağa çalışılır. Azərbaycanın bütün bölgələrinə xidmət mümkündür. Belə ki, Siyəzən, Xaçmaz, Lənkəran,Masallı, Balakən, Gədəbəy, Naxçıvan, Ağcabədi, Qəbələ və.s rayonlarındakı istehsalçılara aktiv şəkildə xidmət göstərilməkdədir.