Personal Nəzarət Sistemi
Personal nəzarət sistemi iş yerlərində işə gəliş və gedişlərin izlənməsi, gecikmələrin və əlavə işləyənlərin hesabatı, əmək haqqının hesablanması, növbə sisteminə görə maaşa əlavələrin hesablanması və.s kimi əməliyatları asanlıqla və dəqiqliklə edilməsinə yarayır.
Barmaq və ya kart oxudulduqda ekranda istifadəçinin adı görünür. Barmaq izləri komputerdə saxlana bilər və sistemə yenioxuyucu əlavə edildikdə istifadə oluna bilər. Bu da istifadəçilərin sistemdə yenidən qeydiyatdan keçirilməsi işini aradan qaldırır. Yüksək təhlükəsizliyə təminat verir. Barmaqda 24 nöqtəyə baxır, 4-nü tanıyarsa icazə verir. Sistemdə problem olarsa servis mərkəzinə zəng edərək anında dəstək ala bilərsiniz. İnternet üzərindən texniki sevis imkanı vardır.