OCOM OCBP W011A
OCOM OCBS W011A model əl skaneri kabelsiz RF433MHz tezliyi ilə işləyən skaneridir. Maneəsiz sahədə bu skaner radiointerfeys vasitəsilə 300 m radiuslu sahədə sərbəst işləmə qabiliyyətinə malikdir.
Əlavə olaraq OCOM OCBS W011A modeli 20 000 EAN13 tipli ştrixkodu öz yaddaşında saxlayaraq işinizi daha da asanlaşdıra bilər. Skanerin üstünlüklərindən biri də materialıdır ki, 1.5 metr hündürlükdən beton təbəqəyə düşsə belə, zərbəyə davamlıdır. Komplektində USB, Skaner və 433 MHZ tezlikli radioqəbuledici və istifadə qaydaları əlavə olunmuşdur.
