Etiket və Ribbon

Termal

Nəm, spirt, işıq, sürtünmə və istiliyə qarşı həssas olub öz-özünə qaralma xüsusiyyətinə malikdir.Tez istehlak edilən məhsullarda istifadə edilməlidir. Buna gorə də qida və tekstildə istifadəsi daha məqsədəuyğundur.

Termal Transfer

Nəm spirt, işıq və istiliyə qarşı davamli xüsusiyyətə malikdir.Hər bir istehsal sahəsində istifadəsi məqsədəuyğundur.Uzun müddət qalması buna geniş imkanlar verir.

Ribonlar da həmçinin öz növlərinə və ölçülərinə görə bir birindən fərqlənirlər.Ribonlar rezin,wax və rəngli formalarda olurlar.

Rezin ribonlar

Polietilen, polipropilen, Data PE kağızlara çap məqsədilə istifadə edilir.Bu növ ribon sintetik kimyəvi tərkibə malik və xarici şərtlərə dayanıqlı olduğundan çap öz keyfiyyətini  itirmir.

Wax ribonlar

Vellum və adi kağızlara isidib yazma ilə çap edən avadanlıqlarda istifadə olunur.