
Etibarlı və Qorunan Kartlar
Evolis Primacy Lamination printer bütün ID kart printer xüsusiyyətlərini özündə cəmləşdirmiş kompleks avadanlıqdır. Kodlaşdırma üçün əlverişli sistemi olan printer eyni zamanda kartlarınızı holoqramlı və holoqramsız çap və laminasiya etmə imkanına malikdir. Printerin yüksək rüsxətli çap və dayanıqlı laminasiya imkanlarından istifadə edərək maksimum təhlükəsizlik səviyyəsində kartlar əldə edə bilər və saxta hərəkətlərin qarşısını ala bilərsiniz.
Evolis Primacy Lamination ilə Geniş Kodlaşdırma və Rahat İstifadə.
Evolis Primacy Lamination Simple, Sticker, Mifare, Enmarin, Magnetic, Smart və s. kart növlərini çap etmək , kodlama imkanına malikdir. Özəlliklə modulyar olmağının verdiyi üstünlükdən istifadə edərək Magnetic və Smart kart kodlama isində ən mükəmməl printerdir.
Printer əsas 2 hissədən ibarət olub birüzlü və ya ikiüzlü çap seçmə imkanını özünüzə buraxır. İstəkdən asılı olaraq Evolis Primacy Simplex və ya Duplex modellərinə Lamination Modul rahatlıqla əlavə edilərək mükəmməl printer – Evolis Primacy Lamination əldə edilir. Printerin Evolis Premium Suite proqramıyla təchiz olunması yaranan problemlərin tez və ağıllı şəkildə həllinə imkan yaradır. İstənilən dizayn proqramından istifadə edərək mükəmməl nəticələr əldə edə bilərsiniz.
Çap Keyfiyyəti, Yüksək Performans
Primacy Lamination 300, 600 və 1200 dpi çap keyfiyyəti ilə sizə öz sinfindəki bütün printerlərdən daha yuxarı keyfiyyət imkanı verir. Eyni zamanda avadanlıq saatda 215 kartı çap və laminasiya edərək keyfiyyət və sürətdə sahəsinin ən qabaqcılı olduğunu sübut edir.
İstifadə Sahəsi
Professional həllər üçün uyğun seçim olmaqla həm özəl həm də dövlət sektorunda müxtəlif sahələrdə isdifadə edilə bilər (sürücülük vəsiqəsi, kimlik kartları, pensiya kartları, bank kartları və.s).
Sərfiyyat və Üzünömürlü Çap.
Primacy Lamination çap maliyyətinin aşağı olması və məxsusi texnologiyası ilə çap olunan kartların uzunömürlü olması ilə fərqlənir. Çap üçün YMCKO 300 kartlıq rəngli lenta, Half YMCKO 400 kartlıq yarı rəngli lenta , eləcə də ağ, qara, qızılı, gümüşü 1000 kartlıq monoxrom lentalardan istifadə edilə bilər. Laminasiya lentası isə 600 kart üçün nəzərdə tutulmuşdur. Laminasiya lentinin üzərində xüsusi kilid holoqramlarının yer alması kartların təhlükəsizlik səviyyəsini artırır. Laminasiya olunmuş kartlar 10 ilə qədər dayanıqlıdır. Bu da keyfiyyət problemi yaşamadan uzun bir müddət eyni kartdan istifadə edərək xərclərinizin azalmasına səbəb olur.
USB və Şəbəkə İnterfeysi
Lamination modelində standart olaraq USB və şəbəkə interfeysləri olur. Istər USB kabel vasitəsilə PC-dən birbaşa istərsə də şəbəkə üzərindən istənilən çapı vermək mümkündür.
Ekran
Printerin çap hissəsində 1 LCD buttonlu ekran, Lamination hissəsində isə LCD touch ekran mövcuddur. Printerin və laminasiya hissəsinin o andakı vəziyyətini göstərir. Çapın gedişindən, mexaniki xətanın baş verməsindən, təmizlik vaxtının çatmasından, lentanin bitməsindən, kartın azalmasından və bu kimi digər anlıq prosesler barəsində məlumat verir.
Card Presso
Card Presso Evolis Primacy-nin məxsusi dizayn proqramı olub icərisində müxtəlif iş sahələrinə aid hazır şablonları və müxtəlif növ kartlar üçün ayrıca çap bölmələrin özündə birləşdirir. Card presso vasitəsilə standart kartlardan əlavə magnetic və smart kartların üzərinə ediləcək dizaynı da rahatlıqla hazırlaya bilərsiniz.





