Videojet 1620
Yüksək sürətli xətlərdə Videojet 1620 performansı
Videojet Technologies Inc. tərəfindən istehsal olunan 1620 kiçik simvollu İNKJET printeri servisə ehtiyac olmadan maksimum işləmək üçün kodlama işində yüksək standart gətirən printerin birincisidir.1620 inkjet printeri, Videojet 1000 seriyasının 3-cü modeli olub, dəqiqədə 293 metre qədər sürətdə 5 sətrə qədər yüksək rüsxətli yazı yazmaq imkanına sahibdir. Bu model daha çox işləmə imkanı yaradan yeni başlıq dizaynına sahibdir. Başlığın uc tərəfinin dəlikli olması və içəridən çölə doğru davamlı hava axınının olması başlığın kirlənmədən daha çox işləməsini təmin edir. Bundan başqa 1620 modeli solvent buxarını yenidən maye solventə çevirən sistemə sahibdir. Bununla solvent sərfiyatını önəmli ölçüdə azaltmağa imkan verir. Həftədə 7 gün, gündə 24 saat işləyən müəssisələr üçün dizayn edilmişdir. 1620 modeli, qida, içki, kimyəvi məhsul, kosmetika, PVC, metal materiallar və.s sahələrdə yüksək sürətli xətlər istifadə üçün idealdır.
Sadə interfeys
Yazı ilə bağlı dəyişiklikləri avadanlıq işləyən halda etməyə və mesajların ehtiyat üçün saxlanmasına imkan verən USB portu sayəsində 1620 öz yenilikçi xüsusiyətini daha da artırır. Connector proqramı ilə işləyən Ethernet interfeysi sayəsində uzaqdan mesaj yazma və dəyişdirməyə imkan yaradır.