Access IS OCR315e
Access IS OCR315e kompakt və yüksək keyfiyyətli OCR (Optik Kod Tanıma) oxuyucusudur. Müxtəlif növ əldə istifadə oluna bilən və həm də daşına bilən kompüterlərdə, tabletlərdə, standart stolüstü klaviaturalarda və monitorlarda rahatlıqla taxılıb istifadə oluna bilər.
Access IS OCR315e oxuyucusu pasportlarınızı, şəxsiyyət vəsiqələrinizi və həmçinin digər İD kartlarınızı daha rahat və sürətli oxuması üçün optimizasiya edilmişdir. Kartlarınızı oxudarkən çiplərin zədələnməsinin qarşısını almaq üçün sürüşdürülən metal hissə xüsusi dizayn edilmişdir.
OCR315e dekoderə yüksək sürət və dəqiqliklə oxuması üçün yenilənmiş tanıma mühərriki əlavə edilmişdir. İnterfeys bağlantısı USB vasitəsilədir.
Əlavə olaraq OCR315e oxuyucusu ICAO 9303 & ISO / IEC 7501-1 (2 və 3 xətt), ISO/IEC 18013-1 sürücülük vəsiqələri (1 xətt MRZ) standartlarına uyğun sənədləri də rahatlıqla oxuyur.