VİDEOJET 1580
Yüksək standartın öncüsü Videojet 1580
Videojet Technologies Inc. tərəfindən istehsal olunan 1580 kiçik simvollu İNKJET printeri servisə ehtiyac olmadan maksimum işləmək üçün kodlama işində yüksək standart gətirən printerin birincisidir. Həftədə 6 gün, gündə 18-20 saat işləyən müəssisələr üçün dizayn edilmişdir. Videojet 1580 modeli, qida, içki, kimyəvi məhsul, kosmetika, PVC, metal materiallar və.s sahələrdə istifadə üçün idealdır.
Yazı ilə bağlı dəyişiklikləri avadanlıq işləyən halda etməyə və mesajların ehtiyat üçün saxlanmasına imkan verən USB portu sayəsində 1580 modeli öz yenilikçi xüsusiyətini daha da artırır. Connector proqramı ilə işləyən Ethernet interfeysi sayəsində uzaqdan mesaj yazma və dəyişdirməyə imkan yaradır.
Daha az servis
Bu model hər hansı servisə ehtiyac duymadan müəssisədə 5 il ( 63 ay) işləyə bilər. Tez-tez filtr dəyişmək ehtiyacı yoxdur.
DAHA KEYFİYYƏTLİ YAZI
1000 seriyası bu sahədə ən keyfiyyətli yazını yazır. Yüksək yazı keyfiyyəti ilə hər mürəkkəb damlasının tam zamanında və tam yerinə düşəcəyinə yeni 1000 seriyası zəmanət verir. Dinamik kalibrasiya xüsusiyyəti isə dəyiçən ətraf mühitə rəğmən yazı keyfiyyətini sabit saxlayır.