Zebra Azerbaycan
Barkod uzun illərdir həyatımızın hər
sahəsində geniş şəkildə istifadə olunur.
Magazalarda satılan bütün mallar anbardan
etibarən barkodlanaraq qeydiyyatı aparılır və
uyğun olaraq həmin barkod əsasında satışı
həyata keçirilir.
Barkod printerlər barkod çap etmək üçün
istifadə olunan cihazlardır. Bunlar birbaşa
termal və termal transfer (ribonla)
texnologiyası ilə 1D və 2D barkodları
çap imkanına malikdir. Barkod
printerlərlə çap olunan barkodlar daha
dözümlü və uzun ömürlüdür. Printerlər
kompüterə qoşulur, etiket proqramı ilə
dizayn hazırlanaraq barkodların çapı həyata
keçirilir.
Birbaşa termal çap prosesi kağız isidilərək
həyata keçirilir. İstiliyin təsirilə barkod
yazılan hissə qara rəng alır və çap prosesi
tamamlanır. Zebra Azerbaycan
Termal transfer çap prosesi ribon adlanan
lentlə həyata keçirilir. Çap zamanı ribon
isidilərək kağızın üzərinə yapışdırılır. Termal
transfer çap uzun ömürlüdür. Günəşin, parlaq
işığın və istiliyin təsirinə məruz qaldıqda silinmir.
Zebranın stolüstü barkod printerləri seriyasından olan
TLP2844 modelinin yenilənmiş forması olan Zebra GC420
modeli performans və qiymət cəhətdən ən optimal seçim
olma xüsusiyyətini qoruyub saxlayır.
Öncəki modeldən əsas fərqi ikiqat daha artıq RAMa sahib
olması və ZPL proqramlamaya imkan verməsidir.
Birbaşa Termal / Termal Transfer çap imkanlı, kiçik ölçülü
və 2D barkodlar daxil bütün barkodları çap edə
bilən bu model geniş hədəf kütləsinə malikdir. Mağaza,
səhiyyə, daşıma, anbar və digər sahələrdə istifadəyə
uyğundur.
Texniki Xüsusiyyətləri
Birbaşa Termal/termal transfer çap
102 mm/saniyə çap sürəti
Maksimum 104 mm çap genişliyi
203 dpi rüsxət
8 MB Flash, 8 MB SDRAM yaddaş
USB, Ardıcıl, Paralel interfeys
Etiket soyma mexanizmi (Əlavə)
Pərakəndə satışdakı sürətli inkişaf bu
sahədəki problemləri də bərabərində
gətirir. Bunun üçün biz müştərilərimizin ehtiyaclarına
tam cavab verən, üstün texnologiya
əsasında hazırlanmış oğurluq əleyhinə
sistemləri təklif edirik. Bu sistemdən istifadə
etməklə siz indiyə qədər fərqində
olmadığınız itkilərin qarşısını almaqla yanaşı
öz marka imicinizin önəmini mağazaya
girişdə göstərmiş olarsınız. Bu baxımdan biz
sizə Hollandiyanın Nedap şirkətinin avadanlıqlarını
təklif edirik. Öz sahəsində ən
mükəmməl seçim olan Nedap təhlükəsizlik
antenləri şəffaf pleksi dizaynı, avtomatik
özünü tənzimləmə, hər tərəfdən görünən
işıqlar, fərqli tezliklərdə işləyə bilmə xüsusiyyəti
ilə müştəri rahatlığını tam təmin edir.
İstəyə bağlı olaraq antenlərə adam sayan
cihaz da quraşdırıla bilər və bunun vasitəsi ilə
mağazaya girən insanların gün, həftə, ay,
günün müxtəlif vaxtları və.s formada hesabatlar
əldə edilə bilər.