Procon ID&Data Coding İT sahəsində etibarlı həllər təqdim edən şirkətdir. Sənaye markalama, barkod, POS, plastik kart çapı və giriş nəzarəti sistemləri üzrə satış, quraşdırma və servis xidməti göstəririk. Videojet, CYCJet, Vzjet, Evolis, Chainway və digər aparıcı brendlərin məhsullarını Azərbaycanda təqdim edirik.
"Procon Identification and Data Coding" telekommunikasiya sektorunda ölkəmizin qabaqcıl şirkətlərindən biridir. Bu sahədə böyük təcrübəyə malik olan şirkətimiz hər keçən gün müştəri portfelini artıraraq informasiya texnologiyaları sahəsində öz müstəsna yerini tutmuşdur. Ötən illərdə nümayəndəsi olduğu şirkətlərin etimadını doğrultmaqla yanaşı xidmət göstərdiyi müştərilərin də güvəndiyi və İT sahəsində həllərinə etibar edə biləcəyi bir quruma çevrilmişdir.
"Procon ID & DC" şirkəti əsasən Videojet Technologies, Zebra, Evolis, Magicard, Chainway, Datalogic, Honeywell, Star Micronics, Xprinter, Bixolon, Argox, Godex, Brady, SensMax, Neopost, OCOM, Winson, Planar, Atlona, Özak, Atlas, Sewoo, Milestone, Karsun, AccessIS (HID), Thales, Ulefone, Elzab və s. kimi bir çox aparıcı brend məhsullarının satışını və servisini həyata keçirməkdədir.
Eyni zamanda şirkətimiz müştərilərinə layihələrdə ilkin təsəvvür yaratmaq üçün sınaq məqsədilə avadanlıq və proqram təminatı qurulumunu həyata keçirir və bunun nəticəsi olaraq hər gün yüksələn müştəri məmnuniyyəti ilə sektordakı bazar payını artırır.
Şirkətimiz qeyd olunan sahələrdə səmərəliliyi təmin etməklə yanaşı, müştərilərinin tələbatına uyğun həllər təklif etməklə, həm də bu həllərə dəyər qatmağı özünə hədəf seçmişdir.

